Tarix : 2016 Aug 09
Kod 49965

Sionist İsrail rejimi İrana 1.2 milyard dollar təzminat ödəməlidir

İsveçrə məhkəməsi sionist İsrail rejiminin İrana İslam inqilabından əvvələ aid borcları səbəbilə 1 milyard 200 milyon dollar təzminat ödəməsi barədə qərar verib.
AranNews, "realnienovosti.com"-a istinadən xəbər verir ki, Haaretz qəzetində dərc olunan xəbərə əsasən, sionist İsrail rejimi Trans Asyatiche firması İranın Milli Neft Şirkətinə bu qərar əsasında 1.2 milyard dollar təzminat ödəməlidir. 
Sionist İsrail rejimi əleyhinə verilən bu qərarda, İranın Neft Firmasının Qərb ölkələrinin sanksiyaları çərçivəsindən çıxdığı üçün bu təzminatın İrana ödənilməsi qarşısında heç bir hüquqi problemin olmadığı bildirilib.
Qeyd edək ki, İranda inqilabdan əvvəl olan Pəhləvi rejimi sionist İsrail rejiminə neft satırdı.
  • Yazılıb
  • da (də) 2016 Aug 09
  • Göndərən مدير سايت Aran News