Tarix : 2016 Aug 09
Kod 49967

Nücəba hərəkatı döyüşçüləri Hələb şəhərinə yollandı

Suriyanın şimalında yerləşən Hələb vilayətində Suriya ordusu ilə terrorçular arasında mövqe döyüşləri davam edir.
AranNews-un verdiyi xəbərə görə, Suriya ordusuna yardım məqsədilə iraqlılardan ibarət olan “Nücəba hərəkatı”nın 2000 könüllü döyüşçüsü Hələbə yollanıb.  
Bundan əlavə Suriya ordusu və Rusiya Hərbi Kosmik Qüvvələri Hələbin cənubunda “Ceyşul Fəth” terror koalisiyasının ötən günlərdə ələ keçirdiyi Artilleriya məktəbi ərazisi və Ramusa rayonundakı mövqelərinə ağır zərbələr endirir. Artilleriya və aviasiya zərbələrinin şiddətli olması səbəbilə bu gün terror koalisiyası heç bir hücum əməliyyatı keçirə bilməyib. Lakin bölgədə intensiv döyüşlərin davam edir.
Suriya hökuməti Hələbin cənubuna lazım olan ərzaq və yanacaq məhsulları göndərərək əhalinin ehtiyaclarını təmin etmək üçün tədbirlər görüb. Ordu qüvvələri və müttəfiqləri “Ceyşul Fəth” terrorçularıın ələ keçirdiyi əraziləri təmizləməyə hazırlaşır. /Eastnews.org/
  • Yazılıb
  • da (də) 2016 Aug 09
  • Göndərən مدير سايت Aran News