Tarix : 2016 Aug 09
Kod 49968

Zərif: "İran, Azərbaycan və Rusiyanın üçtərəfli ticarət dövriyyəsi artır"

İran xarici işlər naziri: "Üç ölkə Bakı sammitinin yekun bəyanatında müxtəlif sahələrdə dövriyyələrin artırılmasını vurğuladı".
Arannews- İran xarici işlər naziri İran, Rusiya və Azərbaycanın üçtərəfli ticarət dövriyyəsinin artmasından xəbər verib.
Məhəmməd Cavad Zərif bazar ertəsi gecə İran, Rusiya və Azərbaycan prezidentləri Həsən Ruhani, Vladimir Putin və İlham Əliyevin Bakıda üçtərəfli iclasından sonra müştərək mətbuat konfransında deyib: Üç ölkə Bakı sammitinin yekun bəyanatında müxtəlif sahələrdə dövriyyələrin artırılmasını vurğuladı.
Zərif həmçinin deyib: Üç ölkənin övlət başçıları və xarici işlər nazirlərinin növbəti iclası Tehranda keçiriləcək. 
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da deyib: Bu üçtərəfli görüşdə şimal-cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi ilə əlaqədar məsələlər araşdırıldı. 
O əlavə edib: Bu görüşün nəticələri üç ölkəyə energetika, nəqliyyat, turizm, iş yerləri, gömrük və digər iqtisadi sahələrdə əməkdaşlıqlarını genişləndirmək imkanı verir. 
Rusiya xarici işlər nazri Sergey Lavrov da bu mətbuat konfransında deyib: Prezidentlərin bəyanatında üç ölkənin bütün sahələrdə əlaqələrini maksimum şəkidə genişləndirilməsinin vacibliyi qeyd olunub. 
Lavrovun sözlərinə görə, Rusiya, İran və Azərbaycan prezidentlərinin apardığı müzakirələr üç ölkənin mövqelərinin daha da yaxınlaşmasına kömək edib.


  • Yazılıb
  • da (də) 2016 Aug 09
  • Göndərən مدير سايت Aran News