Tarix : 2016 Aug 09
Kod 49969

Türkiyə Hindistandan Fətullah Gülənə bağlı məktəblərin bağlanılmasını istəyib

Türkiyənin Mumbaydakı baş konsulu Hindistanın Daxili İşlər Nazirliyinə rəsmi məktubla müraciət edərək Fətullah Gülənə bağlı məktəblərin bağlanılmasını istəyib.
Arannews- Türkiyə dövləti Fətullah Gülənə bağlı məktəblərin bağlanılması üçün Hindistan hökumətinə tələb irəli sürüb.
Türkiyənin Mumbaydakı baş konsulu Erdal Sabri Ergen Hindistanın Daxili İşlər Nazirliyinə rəsmi məktubla müraciət edərək Fətullah Gülənə bağlı məktəblərin bağlanılmasını istəyib. 
Türk diplomatın məktubunda Fətullah Gülənə bağlı məktəblərin adları və siyahısı göstərilib.
Bundan əlavə, məktubda qeyd olunub ki, sözügedən məktəblər Türkiyədə olduğu kimi, digər ölkələr üçün də ciddi təhdid və təhlükə yaradır.


  • Yazılıb
  • da (də) 2016 Aug 09
  • Göndərən مدير سايت Aran News