Pakayin: İlk mərhələdə İran İslam Respublikası vətəndaşları üçün Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizanın verilməsi qərara alınıb.
Arannews- İranın Azərbaycan Respublikasındakı səfiri deyib: Hal-hazırda vizanın ləğvi ilə bağlı müzakirələr aparılmır. Hazırda vizanın sadələşdirilməsi məsələsi diqqət mərkəzindədir.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin əlavə edib: Azərbaycan vətəndaşlarının İrana getmək üçün vizaya ehtiyacları olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası İran vətəndaşları üçün viza sadələşdirməsini nəzərdə tutmağı qərara alıb.
Pakayin deyib: İlk mərhələdə İran İslam Respublikası vətəndaşları üçün Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizanın verilməsi qərara alınıb. Bu sahədə icra mərhələləri bu ölkə tərəfindən elan olunacaq. Növbəti mərhələdə bir neçə aydan sonra iki ölkənin sərhəd keçidlərində, yəni Astara və Biləsuvarda da vizanın verilməsi tətbiq olunacaq.
Möhsün Pakayinin sözlərinə görə, Azərbaycan Respublikası heç bir ölkə ilə viza rejimini ləğv etməyib və İranla və ya hər bir digər ölkə ilə vizanın ləğv edilməsi Azərbaycan Milli Məclisində qanunların təsdiqlənməsinə ehtiyaclıdır.