Tarix : 2016 Aug 10
Kod 49975

Ayətullah Xamenei, Təhlükəsizlik Nazirliyinin rəsmiləri ilə görüşüb

İranın Təhlükəsizlik Nazirliyi "Çox önəmli və həssas bir səngər" və "İslam quruluşunun görən və ayıq gözü"dür.


AranNews
xəbər verir ki, bu sözləri bu gün Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei İranın təhlükəsizlik naziri, müavinləri və Nazirliyin digər işçiləri ilə görüşdə deyib. 
Ayətullah Xamenei İslam İnqilabının əsasları və istiqamətlərinin bu nazirlikdə dəqiq formada hifz olunmalı olduğuna təkid edərək, bildirib:  Təhlükəsizlik Nazirliyi İran İslam Respublikasının sərt qabığıdır və heç bir vəchlə zədələnməməlidir.
Ayətullah Xamenei Təhlükəsizlik Nazirliyində mənəviyyat və imanın gücləndirilməsinə təkid edib. “Dünya imperializminin İslam İnqilabının qələbə çaldığı zamandan bəri var gücü ilə bütün vasitələrdən istifadə etməsinə baxmayaraq, İslam Quruluşu qarşısında nakam qalmasının səbəbi güclü "iman" idi. Təhlükəsizlik Nazirliyinin yeni nəsli keçmişdə olduğu kimi inqilabçı olmalı və dəyərlərə önəm verməlidir.”
Ayətullah Xamenei əlavə edib ki, Hegemonçuluq quruluşunun başçısı yəni ABŞ ilə fasilənin qorunması İran İslam Respublikasının banisi olan İmam Xomeyninin(r.ə) qəti prinsiplərindən biri idi və bu məsələdə hər hansı bir güzəşt və ya səhlənkarlığa yol vermək olmaz.
İnqilab Rəhbəri sonda deyib ki, Təhlükəsizlik Nazirliyi düşmən üçün baza ola biləcək və düşmənə İslam Quruluşuna zərbə vurmağa imkan verəcək hər bir sahədə hüzuru olmalıdır və həmin sahəni öz fəaliyyət dairəsi hesab etməlidir.
  • Yazılıb
  • da (də) 2016 Aug 10
  • Göndərən مدير سايت Aran News