İraq parlamenti bu gün spiker Səlim əl-Cəburinin deputat toxunulmazlığını ləğv etmək üçün parlament daxilində səsvermə keçirib.
AranNews-un verdiyi xəbərə görə, Səlim əl-Cəburinin deputat toxunulmazlığı ləğv edilib. Xatırladaq ki, bir müddət öncə İraq parlamentinin spikeri Səlim əl-Cəburi korupsiya ittihamları ilə günahladırılma səbəbilə parlamentə müraciət edərək könüllü olaraq onun toxunulmazlığını ləğv etməyi istəyib.
Qeyd edək ki, avqustun 1-də parlamentdə korrupsiya ittihamlara hesabat vermək üçün çağırılan İraq müdafiə naziri Xalid əl-Ubeydi, İraq parlamentinin spikeri Səlim əl-Cəburini və bir neçə millət vəkilini silah alınması zamanı fırıldaqçılıq, korrupsiya sxemlərində əlaqəli olduğunu bildirib.
Bununla əlaqədar olaraq İraqın Baş naziri adı çəkilən şəxslərin ölkədən çıxmasına qadağa qoyub və barələrində istintaq işlərinin başlaması barədə göstəriş verib. /RİA Novosti/