Ilk dəfə olaraq Suriyada xidmət aparan İngiltərə Xüsusi Təyinatlılarının görüntüləri ortaya çıxıb.
AranNews-un verdiyi xəbərə görə, Fotolar iyun ayında ABŞ-ın dəstəklədiyi üsyançı qruplardan “Yeni Suriya Ordusu” adlı təşkilatın Suriya-İraq sərhədindəki bazası olan əl-Tanafı hədəfə alan təcavüzündən sonra çəkilib. İngilis əsgərlər bazanın ətrafında təhlükəsizliyi təmin edərkən görünüb.
Görüntülərdə əvvəlcə istifadə etdikləri nəqliyyat vasitələri diqqəti çəkib. Xüsusi qüvvələrin üstünlük verdiyi üstüaçıq “Thalab” uzun mənzilli patrul maşınları ağır qarşıdurma şəraitində istifadə edilmək üçün istehsal edilib.
Şahidlərin sözlərinə görə, müdafiə vəzifəsi üçün orada olduqlarını deyən xüsusi təyinatlı dəstə snayperlərin istifadə etdiyi durbinli silah, ağır avadanlıqlı silahlar və tank əleyhinə raketlər, o cümlədən böyük bir cəbbəxana daşıyır. Mümkün hücumda İŞİD-lə kəskin mübarizəyə girə biləcək kimi görünürlər.
“Yeni Suriya Ordusu”nun nümayəndəsi xüsusi qüvvələrin fotolarla bağlı açıqlamanı rədd edib, ancaq kömək etdiklərini qəbul edərək, "İngilis və amerikalı tərəfdaşlarımızdan xüsusi təlim alırıq. Pentaqondan silahlar və avadanlıqlar, həmçinin tam hava dəstəyi də alırıq", - deyib.
İngiltərə Müdafiə Nazirliyi Suriyadakı bazada çəkilən ingilis döyüşçülərin fotosunu gördükdən sonra xüsusi qüvvələrin əməliyyatları ilə bağlı şərh verməyib. /Eastnews.org/