Google-un xəritə tətbiqi Google Maps heç bir açıqlama vermədən Fələstini xəritəsindən silib.
AranNews-un verdiyi xəbərə görə, Xəritədə Fələstin torpaqlarının kəsik cizgilərlə ayıran, ancaq adını qeyd etməyə ehtiyac görməyən “Google” İordan çayının qərb sahili və Qəzzanın da yerlərini işarələməyib.
Xəritənin fərqinə varılmasından sonra sosial mediadan “Google”a reaksiya sürətlə artıb. #palestineishere (Fələstin buradadır) və #boycottgoogle (“Google”u boykot et) etiketləri ilə “Twitter”də çox sayda mesaj bölüşülüb.
Bəzi sosial media istifadəçiləri da “Google Maps” yerinə fərqli axtarış sistemlərindən xəritə fəaliyyətlərini istifadə etməyə başladıqlarını göstərən fotoşəkillər bölüşüb.
Digər tərəfdən, “change.org”da da "Google": Fələstini xəritələrinə yerləşdir" adlı bir imza kampaniyası başlanılıb.
“Google”un bilərək, ya da bilməyərək İsrail hökumətinin Fələstinə qarşı etnik təmizləmə siyasətinə cinayət ortağı olmaqda günahlandırdığı imza kampaniyasında indiyə qədər 150 mindən çox insan iştirak edib.
Zak Martin tərəfindən hazırlanan imza mətnində, həmçinin “Google”un bu addımı "kədərli bir təhqir” kimi dəyərləndirilib. /salamnews.org/