bu reysin açılması ziyarətdən başqa Azərbaycan və İran arasında ticarət və turizmin inkişafına da təkan verəcək.
Arannews- Bakı-Məşhəd aviareysi üzrə ilk uçuş həyata keçirildi.
baş tutan ilk uçuş İranın Azərbaycandakı səfiri Möhsün Pakayin, parlament nümayəndələri, jurnalistlər və bir neçə Əhli-Beyt (ə) şairinin iştirak etdiyi mərasimlə həyata keçirilib.
İranın islam respublikasının azərbaycandakı səfiri Möhsün Pakayin bakı məşhəd reysinin əhmiyətindən danışaraq qeyd etdi ki Sevinirik və Allaha şükür edirik ki, Azərbaycanın Əhli –Beyt (ə) tərəfdarları çoxdankı arzularına çatdılar və Bakı-Məşhəd aviareysi üzrə ilk uçuş həyata keçirildi. bu reysin açılması ziyarətdən başqa Azərbaycan və İran arasında ticarət və turizmin inkişafına da təkan verəcək. "Xorasane Rəzəvi əyalətində ticarət və investisiya üçün geniş potensial mövcuddur və ümid edirik ki, bu aviareysin açılamsı ilə həmin əyalətdəki iqtisadi, sənaye və turizm potensialından geniş istifadə edəcəklər.”
Bakı ilə müqəddəs Məşhəd şəhəri arasında uçuşlar hər həftənin bazar və çərşənbə günləri həyata keçiriləcək.