Tarix : 2016 Aug 11
Kod 49984

“FETÖ” terror təşkilatının fərari üzvü Türkiyəyə qaytarılır

bu barədə Türkiyənin xarici işlər naziri bildirib.
Arannews- Türkiyədə 15 iyul hadisələrində iştirak edən və fərari olaraq Bolqarıstana qaçan “FETÖ” təşkilatının üzvü Abdullah Büyük Türkiyəyə qaytarılır.
bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.Nazir deyib ki, Abdullah Büyük 15 iyul hadisələrindən sonra Bolqarıstana qaçaraq, bu ölkədən sığınacaq istəyib:
 “Ancaq Bolqarıstan tərəfi onun siyasi sığınacaq istəyini rədd edib. Eyni zamanda, Bolqarıstan rəsmi dairələri Abdullah Büyükün Türkiyəyə təhvil verilməsi barədə qərar qəbul edib. Hazırda Abdullah Büyük Türkiyəyə gətirilir”.
Abdullah Büyük “FETÖ” təşkilatının “maliyyə mənbəyi” adlandırılırdı.


  • Yazılıb
  • da (də) 2016 Aug 11
  • Göndərən مدير سايت Aran News