İraq diktatoru Səddam Hüseynin həyatının son ayları yəqin ki, hamı üçün maraqlıdır.
AranNews-un verdiyi məlumata görə, 2006-cı ildə asılaraq edam olunan Səddam Hüseynin bu dəhşətli sonluğu bütün dünyanı şoka saldı. Hadisənin depressiyasından çıxa bilməyən adamlar da oldu.
Diktatoru öldürməmişdən əvvəl ona bəzi faktları etiraf etdirmək üçün 8 ay vaxt verildi.
Bu aylar ərzində ərəb dilini mükəmməl bilən ABŞ xüsusi xidmət orqanının agenti Corc Piro Səddamdan müəyyən etirafları almaq üçün onunla çox yaxın dost oldu. İş o yerə çatdı ki, ömrünün sonunda məşhur diktator agentə qətlə yetirilmiş iki oğlu qədər inandığını dedi. Təbii ki, bu qədər isti münasibətin müqabilində Səddam agentə xeyli sirləri açıb, etiraflarını etmişdi. Səddamın ölümündən sonra Corc Piro onunla keçirdiyi ayları özündə əks etdirən kitab buraxdı. Böyük maraqla qarşılanan kitabda Səddamın həyatının son günləri və ilginc etirafları hamını heyrətə gətirdi.
Həmin kitabda yer alan ən maraqlı məqamları oxucularla paylaşırıq:
Səddam 8 ay ərzində saxlanıldığı gizli yerdə heç vaxt işgəncələrə məruz qalmadı. Corc ona hər gün Kuba pivəsi verirdi, üstəlik anasının bişirdiyi şirniyyatlara da Səddamı qonaq edirdi. Səddam ömrünün sonunda namaz qılmaqla bərabər, viski və pivəyə də meyl edirdi. O, ömrünün son günlərində də, ən çox bu iki içkidən istifadə edərdi. Edam olunmamışdan bir gün əvvəl agent onun otağına girəndə Səddam uşaq kimi ağlamışdı.
Diktatorla Corcun arası çox yaxşı idi. Oğlanları qədər güvəndiyini dediyi agentə bəzi etiraflar da etmişdi:
“Heç vaxt oxşarım olmadı. Hər zaman amerikalılara heyranlıq hissi duydum. Ən çox da Klinotan və Reyqana. Ata və oğul Buşlara nifrət etdim.
Hələpdəki kürdlərin kütləvi şəkildə öldürülmə əmrini mən verdim. Minlərlə insanın kütləvi məzarlıqlarda gömülməsini istədim.
11 sentyabr hadisələrindən sonra nüvə silahına sahib olmağın vacibliyini hiss etdim. Hər zaman da İrana qarşı güclü görünmək istədim”. /RealnieNovosti/