AranNews xəbər verir ki, ABŞ-ın Texas ştatında hazırladığı saatın bomba hesab edilməsilə həbs olunan və qandallanan müsəlman tələbə Əhməd Məhəmmədin ailəsi məktəb rəhbərliyini məhkəməyə verib.
Məlumat İrvinq Xüsusi Məktəb Bölgəsinin (İSD) saytında yerləşdirilən açıqlamada qeyd olunub.
Açıqlamada Əhmədin ailəsinin vəkili tərəfindən federal məhkəmədə qaldırılan iddia işində İSD ilə yanaşı, İrvinq bələdiyyəsi və məktəb direktorunun təqsirkar hesab olunduğu qeyd olunub.
Qeyd edək ki, Texasın İrvinq şəhərindəki Makartur məktəbində təhsil alan 14 yaşlı müsəlman tələbə Əhməd Məhəmməd hazırladığı saatı fənn müəlliminə göstərmək üçün məktəbə aparmışdı.
Başqa bir müəllim saatı bomba hesab edərək, məktəb rəhbərliyinə xəbər verməsi ilə Məhəmməd, məktəbə gələn polislər tərəfindən qandallanaraq həbs edilmişdir.
Həbsdən azad edildikdən sonra, ABŞ prezidenti Barak Obama tərəfindən Ağ Evə dəvət edilən Əhməd Məhəmməd, Facebook-un qurucusu Mark Zukerberq, eləcə də NASA, Google və Massaçusets Tenologiya İnstitutu kimi qurumlardan dəvət və dəstək məktubları almışdı. /khabaronline.ir/