Səudiyyə Ərəbistanı Yəməndə müharibəyə 180 milyard dollar xərcləyib.
AraNews-un verdiyi xəbərə görə, Bu bəyanatla Yəmən Alimləri assosiyasiyasının rəhbəri Məhəmməd Şəmsəddin Moskvada mətbuat konfransı zamanı çıxış edib.
“Onlar Yəməndə müharibəyə 180 milyard dollar xərcləyib. Onlar uzun zamandan bəri silah yığırlar. Əgər onlar 1 milyard sülh məqsədi üçün xərcləsəydilər bu başqa nəticələrə gətirib çıxarardı”,- deyə Məhəmməd Şəmsədin bildirib.
Öz növbəsində “Rəşadə salafi” partiyasının üzvü Məhəmməd Tahir bəyan edib ki, Yəmən münaqişəsinin bəzi mətubat orqanlarının və xüsusilə Səudiyyə media orqanlarının yayımladığı kimi məzhəb münaqişəsi olmadığını bildirib.
O, bildirib ki, Səudiyyə bu müharibəni məzhəblər arası müharibə kimi təsfir etməyə cəhd edir. Əslində isə bu müharibənin mahiyəti Səudiyyə Ərəbistanın Yəmənə öz siyasətini yeritmək istəməsidir.
“Son 10 ildə Səudiyyə Yəməni özünün bir parçası hesab edirdi. Lakin son zamanlar Yəmən ABŞ və Səudiyyəyə baxmadan azad siyasət aparmaq istəyir. Bu səbəbdən Səudiyyə hökuməti bizim bu azadlıq istəyimizin qarşısında Yəməni diz çökdürməklə özünün varlığını göstərmək istəyir”, deyə Məhəmməd Tahir bildirib.
“Biz nə İranın, nə də ki Səudiyyənin daxili işlərimizə qatışmağını istəmirik”, deyə Tahir Məhəmməd sölərinə əlavə edib. /RİA Novosti/