Əfqanıstanda təşkil olunan hava hücumunda İŞİD-in Xorasan bölgəsi lideri Hafiz Səidin öldürüldüyü iddia edilib.
AranNews-un verdiyi xəbərə görə, Əfqanıstanın 201-ci korpus komandiri general-polkovnik Məhəmməd Zaman Vəziri Nənqaharın Açin rayonunda PUA vasitəsilə keçirilən əməliyyatda İŞİD-in Xorasan bölgəsi lideri Hafiz Səidin öldürüldüyünü bildirib.
Ancaq Vəziri Səidin nə vaxt və harada öldürüldüyü məlumatını bölüşməyib.
“Amerikanın Səsi”nə məlumat verən ABŞ Təhlükəsizlik Nazirliyindən mənbələr də Səidin öldürüldüyü məlumatını təsdiq etməyəcəklərini qeyd ediblər. İŞİD-dən isə hələ də açıqlama verilməyib.
Digər tərəfdən, hücumda Səidlə yanaşı, daha 23 İŞİD üzvünün öldürüldüyünü qeyd edən Vəziri təşkilata qarşı digər rayonlarda da əməliyyatların başlanıldığını söyləyib. /Sputnik/