ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq sədr müavini köməkçilərindən olan Mak Morel Suriyadakı Rusiya və İran əsgərlərinin itkilərinin artmasının zəruri olduğunu bildirib.
AranNews-un verdiyi xəbərə görə, Maykl Morel BBC-ə verdiyi açıqlamada terrorçuları müxalifət adlandıraraq, onlara dəstək verməyin lazım olduğunu və beləliklə, İran və Rusiyanın da regionda məğlub olacağına ümid etdiyini vurğulayıb.
O bildirib ki, Suriyadakı münaqişəni həll etmək üçün gizlin şəkildə rusları və iranlıları öldürmək lazımdır. "Onlar qurduqları xalq qüvvələri ilə bizim əsgərlərimizi öldürürdülər. Bu isə iqtisadi mənada bizə ziyan verirdi. Bu gün eyni üsuldan Suriyada İrana və Rusiyaya qarşı istifadə etməliyik", - deyə Maykl Morel qeyd edib.
Aparıcı Çarli Rouz “Biz rusları və iranlıları canları ilə ödməyə məcbur etməliyik? Morell “Bəli gizlicə”,-deyə cavab verib. Morel əlavə edib ki, bu barədə Pentaqonda hesabat vermək lazım deyil, sadəcə əmin olmaq lazımdır ki, bu barədə Moskva və Tehranın xəbəri var.
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq sədr müavini terrorçuların ayrı bir büdcə yaratmasını və İranla Rusiyaya qarşı diplomatik təzyiqlərin artırılmasını da tələb edib. /Eastnews.org/