Suriyanın nüfuzlu şəxslərindən ehtiyatda olan general və hərbi ekspert Heysəm Hassan terrorçuların Hələb şəhərinin şərqində yeni kanal açmaq üçün Amerika və İsrail ilə əməkdaşlıq etdiyini bildirib.
AranNews-un verdiyi xəbərə görə, Heysəm hassan “Əl-Fəth” təşkilatının Hələbi azad etmə əməliyyatlarına dair verdiyi açıqlamalar tamamilə təbliğat məqsədlidir və terrorçuların inancını, əzmini qırmamaq üçün aparılır", - deyib.
"Bizim Hələb mühasirəmiz təkcə Suriya ilə bağlı vəziyyət deyil", - deyən Heysəm Hassan Amerikanın bir terrorçu qrupu dəstəklədiyini bildirərək, "Bu qrup Hələbdə vəhşi qətliamlar həyata keçirən və vətəndaşların qanını tökən terrorçu bir təşkilatdır.
Bir çox amerikalı və İsrail zabiti, həmçinin hərbi rəsmiləri Hələbdə bu qruplara dəstək verirlər", - açıqlamasını da verib. /Tasnim/