Tarix : 2016 Aug 11
Kod 49993

İslam alimi aclıq aksiyasını dayandırdı

Pakistan şiələrinin liderlərindən olan Əllamə Cəfəri 85 gündən sonra aclıq aksiyasını dayandırıb.
AranNews-un verdiyi xəbərə görə, İslam alimlərinin çağırışından sonra bu addımı atan Əllamə Cəfərinin səhhətinin normal olduğu bildirilir.
Pakistanın şiə müsəlmanlarının lideri Hüseyn Arif əl-Huseyninin vəfatının ildönümündə çıxış edən Əllamə Racih Nasir Cəfəri "Pakistan Müsəlmanları Vəhdət Məclisinin Mərkəzi Şurasının qərarına əsasən aclıq aksiyasını davam etdirmək qərarı almışdıq. Lakin müctehid alimlərimizin çağırışına tabe olduq, onlara hörmətimizi nümayiş etdiririk və aclıq aksiyasını dayandırırıq", - deyib.
Qeyd edək ki, Əllamə Cəfəri Pakistanın şiə müsəlmanlarına tətbiq olunan təzyiq və təqiblərə etiraz olaraq aclıq aksiyasına başlamışdı. /Shafaqna/
  • Yazılıb
  • da (də) 2016 Aug 11
  • Göndərən مدير سايت Aran News