Arannews- “Qazprom” Ermənistan hökumətinə satılacaq qazın qiymətinin 20% endirilməsini (30 dollar) təklif edib.
bu iddia ilə Ermənistanın “Joxovurd” qəzeti çıxış edib. Qəzet hökumətin bu təklifi qəbul etmədiyini bildirib:
“Belə ki, qazın qiymətinin endirilməsi vergilərin də ucuzlaşmasına səbəb olacaq. Nəticədə “Qazprom Ermənistan” dövlət büdcəsinə daha az vergi ödəyəcək. Hazırda söhbət 8-10 milyard dramdan gedir. Qazın tarifinin yuxarı olması hökumət üçün daha sərfəlidir”.
Qeyd edək ki, hazırda Rusiya Ermənistana qazı həddən artıq ucuz - 150 dollara (1000 kub metr) satır.