Tarix : 2016 Aug 12
Kod 49996

TRT-nin 42 əməkdaşı saxlanılıb

Aralarında xəbər diktoru ilə müfəttişlərin də olduğu 42 şübhəli, ifadələri alınmaq üçün Ankara Polis İdarəsinə aparılıb.
Arannews- Ankara Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin briqadaları Ankara Respublika Prokurorluğunda aparılan istintaq çərçivəsində TRT-nin mərkəzi binasında əməliyyat keçirib. Haqlarında həbs qərarı çıxarılan 42 nəfər saxlanılıb.
Aralarında xəbər diktoru ilə müfəttişlərin də olduğu 42 şübhəli, ifadələri alınmaq üçün Ankara Polis İdarəsinə aparılıb. Barələrindəki qərara baxmayaraq saxlanılmayanların həbsi üçün işlərin davam etdiyi bildirilir.


  • Yazılıb
  • da (də) 2016 Aug 12
  • Göndərən مدير سايت Aran News