Aralarında xəbər diktoru ilə müfəttişlərin də olduğu 42 şübhəli, ifadələri alınmaq üçün Ankara Polis İdarəsinə aparılıb.
Arannews- Ankara Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin briqadaları Ankara Respublika Prokurorluğunda aparılan istintaq çərçivəsində TRT-nin mərkəzi binasında əməliyyat keçirib. Haqlarında həbs qərarı çıxarılan 42 nəfər saxlanılıb.Aralarında xəbər diktoru ilə müfəttişlərin də olduğu 42 şübhəli, ifadələri alınmaq üçün Ankara Polis İdarəsinə aparılıb. Barələrindəki qərara baxmayaraq saxlanılmayanların həbsi üçün işlərin davam etdiyi bildirilir.