AİP sədr müavini: "Ali-Xəlifə rejimi Ayətullah İsa Qasımı mühakimə etməklə öz qanunlarını pozmuş olub və onun vətəndaşlığını ləğv etməklə insan haqlarını kobud şəkildə pozduğunu göstərmiş oldu".
Arannews- Azərbaycan İslam Partiyasının sədr müavini dünya müsəlmanlarının Bəhreyndə Ali-Xəlifənin zülm və zorakılığa əsaslanan siyasətləri qarşısında durmalı və Bəhreyn İslam hərəkatının rəhbəri şeyx İsa Qasımın ədalətsiz mühakiməsinə reaksiya bildirməli olduğunu bildirib.
Akif Heydərli deyib: Ali-Xəlifə rejimi bu mübariz ruhanini mühakimə etməklə öz qanunlarını pozmuş olub və onun vətəndaşlığını ləğv etməklə insan haqlarını kobud şəkildə pozduğunu göstərmiş oldu.
Akif Heydərli Ali-Xəlifə rejiminin Bəhreyn xalqı və din alimləri ilə zorakılığa əsaslanan davranışlarına da işarə edib və deyib: Ali-Xəlifə rejimi bu kimi rəftarları ilə geniş xalq etirazlarına səbəb olub və özünü məhvə sürükləyir.