Tarix : 2016 Aug 13
Kod 49999

Rövşən Novruzoğlu: " İnsan İmam Rza(ə)-ın pak məqbərəsində səadət və xoşbəxtlik hiss edir"

Azərbaycanlı politoloq Rövşən Novruzoğlu: "İmam Rza(ə)-ın pak məqbərəsi dünyanın müxtəlif ölkələrindən olan möminlər və zəvvarlara ev sahibliyi edirdi. İnsan bu müqəddəs məkanda səadət və xoşbəxtlik hiss edir".
Arannews- Azərbaycanlı politoloq Rövşən Novruzoğlu Bakı-Məşhəd aviareysinin təsis edilməsini yüksək qiymətləndirib və deyib: Bu aviareysin açılması Azərbaycanda Əhl Beyt(ə) aşiqləri üçün yaxşı fürsət yaradıb və onlar İmam Rzaya(ə) olan məhəbbətlərini daha yaxşı formada bəyan edə bilərlər.
İlk Bakı-Məşhəd aviareysi ilə Məşhəd şəhərinə səfər edən və İmam Rzanın(ə) məqbərəsini ziyarət edən Rövşən Novruzoğlu Səhər kanalının müxbirinə verdiyi müsahibədə deyib: İmam Rza(ə)-ın pak məqbərəsi dünyanın müxtəlif ölkələrindən olan möminlər və zəvvarlara ev sahibliyi edirdi. İnsan bu müqəddəs məkanda səadət və xoşbəxtlik hiss edir.


  • Yazılıb
  • da (də) 2016 Aug 13
  • Göndərən مدير سايت Aran News