Fikri Işık: "Türkiyədə 133-ü general, 3-ü attaşe olmaqla 162 hərbçi fəraridir"
Arannews- "Türkiyədə 133-ü general, 3-ü attaşe olmaqla 162 hərbçi fəraridir".
bunu Türkiyənin müdafiə naziri Fikri Işık "Haberturk" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrindən 3 185 nəfər xaric edilib: "Onların 151-i general və admiraldır. Ordudan həmçinin 265 pilot xaric olunub".
"Sentyabrın 15-dək Ankara və İstanbulda dislokasiya olunan hərbi hissələri köçürməyi planlaşdırırıq. Bəzi hərbi hissələr 10 gün, bəziləri 20 gün, bəziləri isə bir aya köçürüləcək. Onların əraziləri isə xalqın və ictimaiyyətin istifadəsinə veriləcək. "Akıncı" hərbi aviabazasının yerində Demokratiya parkının salınması nəzərdə tutulub", - deyə nazir söyləyib.