Tarix : 2016 Aug 13
Kod 50003

Olqa Qolodets: "Rusiya və Türkiyə arasında humanitar əlaqələr bərpa ediləcək"

Rusiya baş nazirinin müavini: "Hazırda biz bütün istiqamətlər üzrə danışıqlara hazırlaşırıq. Bizim həqiqətən də türkiyəli həmkarlarımızla ciddi əlaqələrimiz olub".
Arannews- Rusiya və Türkiyə arasında yaxın gələcəkdə humanitar təhsil, turizm, eləcə də əmək münasibətləri sahəsində əlaqələr bərpa ediləcək.
bunu Rusiya baş nazirinin müavini Olqa Qolodets bəyan edib.
"Hazırda biz bütün istiqamətlər üzrə danışıqla hazırlaşırıq. Bizim həqiqətən də türkiyəli həmkarlarımızla ciddi əlaqələrimiz olub. İlk növbədə ümumi təhsil, texniki təhsil, bir sıra araşdırmalar sahələrində və s. Düşünürəm ki, yaxın gələcəkdə bütün bu əlaqələr qarşılıqlı fayda şərti ilə bərpa ediləcək”, deyə O.Qolodets bildirib.


  • Yazılıb
  • da (də) 2016 Aug 13
  • Göndərən مدير سايت Aran News