Çavuşoğlu: "Türkiyəyə geri çağırılan geri qayıtmayan diplomatların sayı 32-dir"
Arannews- "Türkiyəyə geri çağırılan, lakin səbəbsiz, icazəsiz olaraq geri qayıtmayan diplomatların sayı 32-dir".
bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, ümumilikdə 208 diplomat geri çağırılıb.
O, həmçinin Banqladeşdəki türk diplomatların ABŞ və Rusiyaya qaçması məsələsinə də toxunub: “Banqladeşdəki səfirliyimizdə çalışan 3 diplomatımızı geri çağırmışdıq. Onlardan biri qayıtdı və burada işə başladı, ikisi isə ABŞ-a qaçıb. Diplomatın Rusiyaya qaçması ilə bağlı məlumatı yeni almışıq və bunu detallı şəkildə araşdırırıq”.