Braziliyada təşkil edilən Rio Olimpiya Oyunlarında misirli cüdoçu Şəhabi 1-ci raundda məğlub etdiyi israilli rəqibi Or Sassonun əlini sıxmayıb.
AranNews-un verdiyi xəbərə görə, 34 yaşlı Şəhabi rəqibinin əl sıxmaq təklifini rədd edərək, başını sağa-sola yelləyib.
Məlumata görə, misirli idmançı məhz İsrailin Orta Şərqdə apardığı siyasətə görə rəqibinin əlini sıxmaqdan imtina edib. /RealnieNovosti/