Səudiyyə Ərəbistanının təcavüzə başladığı mart ayından bu yana Yəməndə müharibənin dinc qurbanlarının ümumi sayının 10 min 270 nəfər olduğu açıqlanıb.
AranNews-un verdiyi xəbərə görə, Bu barədə açıqlama verən BMT nümayəndəsi Ravina Şamdasani Səudiyyə Ərəbistanının Yəmənə təcavüz etdiyi 2015-ci ilin mart ayından indiyə qədər bu ölkədə insan tələfatının 3 min 700 nəfər olduğunu, 6 min 500 nəfərin də yaralandığı bildirib.
Digər tərəfdən Birləşmiş Millətlər Təşkilatı Uşaqlara Yardım Fondu (UNİCEF) Səudiyyənin Yəmənə qarşı bir il yarımdır ki, davam edən hücumlarında 1121 yəmənli uşağın həyatını itirdiyini açıqlayıb. UNİCEF yaydığı açıqlamada Səudiyyə döyüş təyyarələrinin ötən həftənin bazar günü 4 uşağın ölümünə və 3 nəfərin də yaralanmasına səbəb olan Ədənin şərqindəki Nohom yaşayış bölgəsinə həyata keçirdiyi hücumu pisləyib: “UNİCEF bu cür hərəkətləri pisləyir və toqquşan bütün tərəflərdən ən yüksək səviyyədə ehtiyatlı davranmasını istəyir". Birləşmiş Millətlər Təşkilatı Uşaqlara Yardım Fondu toqquşan tərəflərdən beynəlxalq humanitar hüquq normalarına sadiq qalmalarını və Yəməndə uşaqların qorunmasını istəyib. /AlAlam/