İran həcc qurumu rəsmilərinin İran xalqının şəninə yaraşacaq, şərəfli və uyğun bir həcc mərasiminin keçirilməsinə çalışdıqlarını deyib.
AranNews, “Parstoday”-a istinadən xəbər verir ki, İranlı hacıların rəhbəri və ali dini rəhbərin nümayəndəsi höccətül-İslam Qazi Əsgər İranın həcc üzrə məsullarının iranlı zəvvarların bu ilki həcc vacibatını yerinə yetirmələri üçün bütün səylərini etmələrinə baxmayaraq, işlərin uğursuz nəticələnməsindən Səudiyyə rejiminin təqsirkar olduğunu bildirib. O, Səudiyyə rejiminin bu məsələdə cavab verməli olduğunu qeyd edib.
iranlı hacıların rəhbəri dünən Qum şəhərində qılınan Cümə namazı xütbələrindən əvvəl etdiyi çıxışında, İran həcc qurumu rəsmilərinin İran xalqının şəninə yaraşacaq, şərəfli və uyğun bir həcc mərasiminin keçirilməsinə çalışdıqlarını deyib.
"Həcc siyasiləşdirməməlidir", - deyə höccətül-İslam Qazi Əsgər Səudiyyə rejiminə xəbərdarlıq edib.
Keçən il 24 sentyabr tarixində 464-ü iranlı hacı olmaqla minlərlə zəvvar Səudiyyə rejiminin ehtiyatsızlıq və səhlənkarlığı səbəbilə Minada baş verən izdihamda həlak olmuşdur.