AranNews-un verdiyi xəbərə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Kazemi məlumat verib.
"Türkiyə tərəfinin İrandan turist səfərlərinin bərpası ilə bağlı istəyini və Türkiyənin bu məsələdəki marağını nəzərə alaraq,
Türkiyə tərəfinin öhdəsinə düşən bütün lazımi öhdəlikləri yerinə yetirməsi şərti ilə İran bu ölkəyə turist səyahətlərinə tətbiq edilən qadağanı aradan götürür".
Qeyd edək ki, İran iyulun 15-də baş vermiş dövlət çevrilişi cəhdindən sonra Türkiyə ilə hava əlaqəsini kəsmişdi.