Tarix : 2016 Aug 14
Kod 50014

Naməlüm şəxslər jurnalistin evinə basqın edib

hazırda faktla bağlı araşdırma aparılır.
Arannews- İctimai Televiziya və Radio Yayımları Şirkətinin(İTV) informasiya departamentinin redaktoru Sərvər Bayramovun evinə basqın olub.
Bu barədə S. Bayramov bildirib ki, təxminən saat 01 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsində olan evinin ikinci mərtəbəsində yatarkən birinci mərtəbədən səs-küy eşidərək aşağı enib. Bu zaman maskalı şəxslərin evi axtardığını görüb. Həmin şəxslər S. Bayramovu gördükdən sonra qaçıblar. 
Hadisə barəsində Binəqədi rayon Polis İdarəsinə məlumat verilib. hazırda faktla bağlı araşdırma aparılır.


  • Yazılıb
  • da (də) 2016 Aug 14
  • Göndərən مدير سايت Aran News