Tarix : 2016 Aug 14
Kod 50015

Nyu-Yorkda Furkan məscidinin imamı və köməkçisi güllələnərək öldürüldü

bir qədər əvvəl Nyu-Yorkun Kvuins rayonunda yerləşən Furkan məscidinin imamı və köməkçisi güllələnib.
AranNews-un verdiyi xəbərə görə, Hadisə nəticəsində hər müsəlman həyatını itirib.
ABŞ-ın bəzi KİV-lərinin bildirdiyinə görə, hadisəyə səbəb respublikaçıların prezidentliyə namizədi Donald Trampın son çıxışları olub.   
Şənbə günü yerli vaxtla saat 13.55-də günörta ibadətindən sonra məsciddən evinə yollanan müsəlmanlar şəxsiyyəti hələ müəyyən edilməmiş şəxs tərəfindən güllələnib.
Yerli polis və hadisə şahidləri bildirir ki, atəş çox yaxın məsafədən açılıb və bir başa müsəlmanların başlarına açılıb. Hər iki qurban hadisə zamanı müsəlman geyimində olub.    
Məscid camaatı dərhal toplanıb və hadisənin İslamfobiya zəminində baş verdiyinə dair bəyanat səsləndiriblər. "Bu Amerikanın arzuladığı deyil.
Biz bu hadisədə Trampı günahlandırırıq. Tramp və onun fəaliyyəti İslamofobiyanı gücləndirir", - deyə yerli sakinlərdən Xeyrul İslam qeyd edib.    
Öldürülən imam Ələddin Akonqi 3 uşaq atasıdır, Banqladeşdən 2 il əvvəl Kvuinsə köçüb. Onun buraya gəldiyi gündən nüfuzlu dini xadimi kimi fəaliyyət göstərdiyi və geniş hörmət qazandığı bildirilir. Yaxınları onun və ailəsinin yaşadığı rayonda heç kimlə pis münasibətinin olmadığını deyir. Ailə 10 gündən sonra vətəni Banqladeşə qayıdacaqdı.    
Ə.Akonqinin köməkçisi Thapa Uddin 65 yaşında idi və hücumdan 4 saat sonra dünyasını dəyişib. Hadisə nəticəsində daha 4 nəfərin yaralı olduğu da iddia edilir.    
Polisdəki mənbə bildirib ki, hadisə yerli vaxtla günorta saat 13.55-də 79-cü keçədə baş verib. Polis hadisə rayonu olan 79-cu Küçə, Azadlıq Xiyabanı və Ozon Park ətrafında təhqiqatlara başlayıb.    
Nyu-York polisi hadisə nəticəsində 2 nəfərin öldürüldüyünü təsdiqləyib. Hələki hər hansı şəxs saxlanılmayıb, araşdırmalar davam edir. /Eastnews.org/
  • Yazılıb
  • da (də) 2016 Aug 14
  • Göndərən مدير سايت Aran News