Ali dini rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ABŞ və Səudiyyə rejiminin Suriyaya müdaxiləsinin qanunsuz olduğunu deyib.
AranNews, xəbər verir ki, Əli Əkbər Vilayəti mətbuata açıqlamasında, İranın xarici işlər nazirinin son Türkiyə səfərinə və Türkiyə prezidentinin Rusiyaya reallaşdırdığı səfərə toxunaraq, belə danışıb: "Türkiyədə son vaxtlar baş verən hadisələrdən, Türkiyənin həqiqi dostlarının və Türkiyənin həqiqətən dostu olmayan ölkələrin hansılar olduğu haqqında müxtəlif nəticələr çıxarmaq olar".
İranın Türkiyə hökuməti və xalqının həqiqi dostu olduğu deyən Vilayəti, mövcud anlaşmazlıqlara baxmayaraq İran, hadisə günü Türkiyə xalqına və hökumətinə yardım etdiyini və bu ölkənin qanuni hökumətini dəstəklədiyini bildirib.
Açıqlamasının davamında Suriyadakı proseslərə toxunan Vilayəti belə danışıb: "Suriyanın gələcəyi barədə qərar vermək haqqı Suriya xalqına məxsusdur və başqa ölkələr Suriyanın daxili məsələlərinə qarışmamalıdır. Əgər bir müdaxilə baş verəcəksə, bu Suriyanın qanuni hökumətinin baxışına görə reallaşmalıdır. ABŞ və Səudiyyə Ərəbistanı kimi ölkələr Suriya hökumətinin icazəsi olmadan bu ölkəyə müdaxilə edir və bu ölkədə mövcudiyyətləri qanunsuzdur.
Son 5 il Suriya xalqının, hökumətinin yanında olduğumuzu göstərmişik. Əgər belə olmasaydı Suriya hökuməti 5 il müqavimət göstərə bilməzdi və son beş il eyni zamanda, Suriya hökumətinin qələbəsinin yaxın olduğunu da göstərir.
İran hökumətinin Suriya hökuməti və xalqına qarşı münasibəti dəyişməmişdir və biz eyni vəziyyətdə Bəşər Əsədin qanuni hökumətini dəstəkləyirik". /Tasnim/