Tarix : 2016 Aug 15
Kod 50026

Kuveyt 10 Iranlını həbs edib

Kuveyt Daxili İşlər Nazirliyi elan edib ki, ölkənin sahil mühafizə polisi “ölkəyə qanunsuz girməyə cəhd” göstərən 10 İran vətəndaşını həbs edib.
AranNews, “presstv”-yə istinadən xəbər verir ki, Nazirliyin bazar günü yayımladığı bəyanatda bildirilir ki, bu şəxslər Əbu Hisaniye bölgəsində motorlu qayıqda saxlanılıblar.
Bildirilir ki, İranlılardan biri polisə müqavimət göstərdiyi üçün yaralanıb. 
Kuveyt DİN saxlanılan İranlıların fotolarını da yayımlayıb.
Fars agentliyi yazır ki, İranın Buşəhr əyaləti üzrə dəniz sərhəd mühafizə polisinin komandir müavini Əli Hacətpur deyib ki, Kuveytdə saxlanılan balıqçılar sərhədi pozduqları üçün deyil, Kuveytdə baş vermiş qarşıdurmaya görə saxlanılıblar. O bu qarşıdurma ilə bağlı  ətraflı məlumat verməyib.
  • Yazılıb
  • da (də) 2016 Aug 15
  • Göndərən مدير سايت Aran News