ABŞ və Qərb ölkələrinin Türkiyə ilə bağlı qərəzli açıqlamalarının arası kəsilmir.
AranNews xəbər verir ki, Bu dəfə Avstryanın Vyana şəhərində Hava Limanında Türkiyə ilə bağlı qəribə xəbər yayımlanıb.
Böyük elektron tabloda “Türkiyə 15 yaşdan kiçik qızlarla cinsi əlaqəyə izn verir” xəbəri Türkiyəni hərəkətə keçirib. Rəsmi Ankaranın Vyanaya etirazından sonra yazı tablodan çıxarılıb.
Qeyd edək ki, ABŞ-dakı edamlara göz yuman Avropa Birliyi Türkiyədə edam hökmünün icrasına başlanılacağı təqdirdə bu ölkə ilə əlaqələrin pisləşəcəyini, və Türkiyənin AB-yə daxil edilməyəcəyini bildirib. /SizinYol/