Tarix : 2016 Aug 15
Kod 50028

Avstriya Prezidentliyə namizəd türkiyəlilərin Avstriya vətəndaşı olmasından narahatdır

Norbert Hofer Avstriyadaki türklərin ikili vətəndaşlıq problemi həll olunmayana qədər onları vətəndaşlığa qəbul edilməsinin qadağan olunmasını tələb edib.
Arannews- Avstriya Azadlıq Partiyasından prezidentliyə namizəd Norbert Hofer ölkədəki türklərin ikili vətəndaşlıq problemi həll olunmayana qədər onları vətəndaşlığa qəbul edilməsinin qadağan olunmasını tələb edib.
Hofer yerli mətbuata verdiyi açıqlamasında 15 iyul çevriliş cəhdinə etiraz etmək üçün Türkiyə bayraqları ilə Vyana küçələrinə çıxanların araşdırılmasını istəyib. 
Prezidentliyə namizəd türkiyəlilərin Avstriya vətəndaşı olmasından narahatlığını da gizlətməyib.
Hofer Türkiyənin Avropa Birliyinə üzvlük müzakirələrinin dayandırılmasını dəstəklədiyir.


  • Yazılıb
  • da (də) 2016 Aug 15
  • Göndərən مدير سايت Aran News