Tarix : 2016 Aug 15
Kod 50030

İran "MasterCard" beynəlxalq ödəniş sisteminə qoşuldu

İranın poçt operatoru "MasterCard" beynəlxalq ödəniş sisteminə qoşulması üzrə saziş imzalayıb.
AranNews xəbər verir ki, Bu barədə İranın rabitə və kütləvi kommunikasiyalar naziri Mahmud Vaezi deyib.
Onun sözlərinə görə, hazırda beynəlxalq ödənişlərə bağlı problemlər həll edilib. İranlılar “MasterCard” beynəlxalq ödəniş sistemindən istifadə edə bilərlər.
"Bank kartı ilə əməliyyatlar İran Mərkəzi bankının qaydalarına uyğun olaraq həyata keçirilə bilər", - deyə Vaezi qeyd edib. /bultannews.com/
  • Yazılıb
  • da (də) 2016 Aug 15
  • Göndərən مدير سايت Aran News