Husilər Hərəkatının Silahlı Qüvvələri və Yəmən Respublikası Milli Qvardiyası birlikdə şənbə günü bir neçə uğurlu hərbi əməliyyatar həyata keçirib.
AranNews-un verdiyi xəbərə görə, Əməliyyatlar nəticəsində yəmənlilər Səud rejimi hərbçilərinin nəzarətində olan strateji Marib vilayətinin bir neçə rayonunu geri ala biliblər.
Hüsilər və müttəfiqləri Cadaan və Əl-Kaf rayonları uğrunda Səud rejimi və müttəfiqləri ilə gedən şiddətli döyüşlərdən qalib çıxıb, rayonlar işğaldan azad edilib. Əl-Kaf rayonunu geri almaqla Husilər Marib vilayətinin 10 km-dək irəliləyə biliblər. /Əl-Məsdər/