ABŞ bəyan edir ki, Quantanamo həbsxanasındakı 15 məhbus Birləşmiş Ərəb Əmirliklərinə göndərilib.
“AranNews”-un məlumatına görə, Bu prezident Barak Obama dövründə ən böyük ekstradisiyadır.
Pentaqon məlumat verib ki, 12 yəmənli və 3 əfqan məhbusun Birləşmiş Ərəb Əmirliklərinə göndərilməsi ilə həbsxanadakı saxlanılanların sayı 61-ə endirib. Məhbusların çoxu hər hansı məhkəmə olmadan 10 ildən çox həbs cəzası alıb.
Ağ Ev həbsxanada qalan digər məhbusları ABŞ-a transfer etmək istəyir, lakin Konqres bununla razılaşmır. Dünən məlumatda Pentaqon bildiirb ki, “ABŞ hakimiyyəti humanist jestinə və Quantanamo Bay həbsxanasını bağlamaq istəyini dəstəklədiyinə görə Birləşmiş Ərəb Əmirlikləri hökumətinə təşəkkür edir.”Aprel ayında isə 9 yəmənli məhbus Səudiyyə Ərərbistanına göndərilmişdi.Guantanamo Bay həbsxanası Kubanın cənub-şərqindəki ABŞ hərbi dəniz bazasında yerləşir. 2001-ci ildə ABŞ-da baş verən hücumdan sonra sabiq prezident Corc Buş terrorda şübhəli bilinən əcnəbiləri yerləşdirmək üçün bu həbsxananı açmışdı.İllik xərci 445 milyon dollara başa gələn həbsxanada 700-dən çox məhbus saxlanılıb.
Fevral ayında Ağ Ev həbsxananı bağlamaq üçün Konqresə plan təqdim edib. /BBC/