Tarix : 2016 Aug 16
Kod 50041

Nigeriyada İslami Düşüncə mövzusunda illik seminar keçirilib + FOTO

Nigeriya İslami Hərəkatının təşəbbüsü ilə bu ölkənin Yuçi əyalətində, İslami Düşüncə mövzusunda illik seminar keçirilib.


AranNews” xəbər verir ki, seminarda çıxış edənlər zülm qarşısında İslam ümmətinin vəhdətinin zəruriliyindən danışıblar. 
Nigeriya sünni alimlərindən olan Şeyx İdris Əbdüləziz İslam dünyasındakı mövcud vəziyyət və üzləşdiyi problemlərdən danışıb.  
O, İslam Dünyasında baş verən əsas problemlərin təfriqə, qarşılıqlı anlaşma və hörmətin olmaması, insan haqlarının pozulması və zülm olduğunu bildirib və bu problemlərin aradan qaldırılmasının zəruriliyini vurğulayıb.
Şeyx Əbdüləziz Zariyada şiələrin qətliam edilməsini pisləyib və bu cinayəti törədənlərin cəzalandırılmaması və Nigeriya hökuməti tərəfindən faciə qurbanlarına dəymiş ziyanını ödənilməməsini utanc verici adlandırıb. 
O, Şeyx Zəkzakiyə Zariya qurbanlarına görə baş sağlığı verib və Zəkzakinin sağalması üçün dua edib. 
Daha sonra tanınmış vəkil Məhəmməd Əbubəkr Nigeriya konistitusiyasında insanların hüquqlarından sözaçıb.
Nigeriyanın tanınmış ruhanilərindən Nuradəm Həkimi Yuçi də çıxış edib və Şeyx Zəkzakinin şəxsiyyəti və hədəfləri haqqında danışıb. 
Seminarda çıxış edənlər daha sonra Şeyx Zəkzakinin sağlamlıq durumundan narahat olduqlarını və onun heçbir şərt olmadan sərbəst buraxılmasını tələb ediblər. 
Çıxış edənlər insanları zülm və ayrı-seçkilik qarşısında bir olaraq mübarizə aparmağa dəvət ediblər. /Maide.Az/

  • Yazılıb
  • da (də) 2016 Aug 16
  • Göndərən مدير سايت Aran News