Tarix : 2016 Aug 16
Kod 50042

Rusiya NATO-nun Suriyaya hücumunun qarşısını aldı

Rusiyanın tədbirləri NATO-nun Suriyaya endirmək istədiyi 624 qanadlı raketin qarşısını alıb.
AranNews”-un verdiyi xəbərə görə, Bu açıqlama ilə bu gün Rusiyanın müdafiə naziri Serqey Şoyqu çıxış edib. “Suriyaya qarşı vəziyyət dəyişirdi və bir anlıq özünüzə sual verin ki, bizim Prezident kimyəvi silahın təhvil verilməsi və məhv edilməsi fikrinin reallaşdırılmasına inandıra bilməsəydi, nə olardı? Təkcə, sutkalıq hazırlıqda Suriyaya zərbə endirmək üçün 624 qanadlı raket var idi", - deyə Serqey Şoyqu "Rossiya24" kanalının efirində çıxış edərkən bildirib.
Xatırladaq ki, Suriya münaqişəsinin ilk illərində qərb ölkələri və NATO Suriyada kimyəvi silahın olması bəhanəsi ilə Suriyadakı terrorçuları dəstəkləmək üçün bu ölkəyə müdaxilə etmək istəyiblər.
Lakin Rusiya və bir neçə müttəfiqi bu planın reallaşmasına qarşı çıxaraq, Suriyada olan kimyəvi silahları Suriyadan təhvil alıb, məhv ediblər. /Eastnews.org/
  • Yazılıb
  • da (də) 2016 Aug 16
  • Göndərən مدير سايت Aran News