Livanda Hizbullahın qurulduğu və fəaliyyətə başladığı gündən etibarən bu təşkilatı sıradan çıxarmaq Amerikada iqtidara gələn bütün hökumətlərin sabit strategiyası olub.
“AranNews”-un verdiyi xəbərə görə, Bu strategiyalar zahirən fərqli görünsələr də, mahiyyət eitibarilə onların heç bir fərqi olmayıb.
Rəsmi Vaşinqton Hizbullahla bağlı siyasətlərində həmişə müqavimət liderini məhv etməyi qarşısına məqsəd qoyub və bu yöndəki addımlarını Hizbullahın xalq arasındaki legitimliyini və sevgisini məhv etmək hədəfiylə atıb.
Beynəlxalq mətbuata görə, burada əsas hədəf Hizbullahı terror təşkilatı kimi tanıtmaq olsa da, dünya ictimaiyyəti bu yalanı qəbul etmədi. Livan xəbər kanalı Asiya mövzu ilə bağlı bildirir: “Bu mövzuda ən məşhur və tanınan araşdırma 2015-ci ildə Edvard Kullen və Aleks Mentez Şaul Mishal tərəfindən hazırlanıb və terrorçu cərəyanların mətbu orqanlarında dərc olunub. Araşdırmada bu fikirlərə yer verilib; "İsrail bir ildə 75 terror aktı həyata keçirə bilər və 65 hədəfində 86% uğur əldə edə bilər. Nəticədə öldürülən terrorçuların bağlı olduğu terror təşkilatlarının fəaliyyətləri azalır."
Eynı zamanda 2006-cı ildə "Daniel Payman"da yayınlanan məqalədə bu açıqlamalar yer alır: “İntiharçı-kamikadze aktlarında ölənlərin sayının orta statistik göstəriciləri 2001-ci ildə 3,9-dan 2002-ci ildə 5,4-ə yüksəldi. Daha sonrakı ildə bu terror aktlarında ölənlərin sayı orta hesabla 0.98 və 2004-cü ildə 0.33-ə və 2015-də də 0.11-ə çatacaq". Buna görə amerikalılar İmad Muğniyə, Mustafa Bədrəddin, Həsən Əl-Qeys və Samir Kantar kimi bir çox Hizbullah liderinin öldürülməsinin Hizbullahın hücum və İsrailə zərbə endirmə gücünü zəiflədəcəyinə inanırdılar.
Şəhid İmad Muğniyə 2008-ci ildə Suriyanın paytaxtı Dəməşqdə, Şəhid Həsən Əl-Qeys 2013-cü ildə Livanda, Şəhid Samir Kantar 2015-ci ildə sionistlərin Dəməşq ətrafına endirdikləri hava hücumunda və Şəhid Mustafa Bədrəddin isə 2016-cı ildə Suriyada İsrail rejimi tərəfindən öldürülüb. /Təsnim/