Dünyanın 32 ölkəsində o cümlədən Brazilyada Fələstin məzlum xalqına dəstək məqsədi ilə “Fələstinə xatir qaçın” adlı marafon keçirilib.
“AranNews” xəbər verir ki, marafon Brazilyanın Foz do Iguacu şəhərində şəhər rəhbərliyi, hüquq müəssisə işçiləri, təşkilatlar və mədəni fəalların iştirakı ilə keçirilib.
Fələstinin Brazilyadakı səfiri İbrahim Əl-Zeyn marafondan öncə çıxış edərək Brazilya xalqına təşəkkür edib və bildirib: Fələstin xalqı sülh, ədalət və müstəqil dövləti təşkilinə çatmaq üçün öz ədalətli mübarizəsini davam etdirəcək.
Qeyd edək ki, “Fələstinə xatir qaçın” adlı marafon dünyanın 32 ölkəsində keçirilib və qaliblərə hədiyyələr təqdim olunub. /Maide.Az/