Tarix : 2016 Aug 16
Kod 50047

Brazilya xalqının Fələstinə dəstək marafonu

Dünyanın 32 ölkəsində o cümlədən Brazilyada Fələstin məzlum xalqına dəstək məqsədi ilə “Fələstinə xatir qaçın” adlı marafon keçirilib.
AranNews” xəbər verir ki, marafon Brazilyanın Foz do Iguacu şəhərində şəhər rəhbərliyi, hüquq müəssisə işçiləri, təşkilatlar və mədəni fəalların iştirakı ilə keçirilib. 
Fələstinin Brazilyadakı səfiri İbrahim Əl-Zeyn marafondan öncə çıxış edərək Brazilya xalqına təşəkkür edib və bildirib:  Fələstin xalqı sülh, ədalət və müstəqil dövləti təşkilinə çatmaq üçün öz ədalətli mübarizəsini davam etdirəcək. 
Qeyd edək ki, “Fələstinə xatir qaçın” adlı marafon dünyanın 32 ölkəsində keçirilib və qaliblərə hədiyyələr təqdim olunub. /Maide.Az/











  • Yazılıb
  • da (də) 2016 Aug 16
  • Göndərən مدير سايت Aran News