səfir: "İran region ölkələri, o sıradan Azərbaycan Respublikasının ərazi bütövlüklərini rəsmi şəkildə tanıyır və regionda gücdən istifadə ilə sərhədlərin dəyişdirilməsilə müxalifdir".
Arannews- İranın Bakıdakı səfiri Azərbaycan Respublikası, İran və Rusiyanın Bakıdakı üçtərəfli görüşlərinin nəticələrini regiondakı cari hadisələrə görə, üç ölkə arasındakı əlaqələrdə böyük və yeni bir mərhələ adlandırıb.
Möhsün Pak Ayin qeyd edib ki, prezidentlər üçtərəfli iclasda üç ölkə arasında gələcək həmkarlıqların genişləndirilməsi üzrə yol xəritəsini hazırlayıblar.
Pak Ayin energetika, turizm, neft və qaz, və nəqliyyat sahələrində həmkarlıqları müzakirələrin əsas mehvərlərindən adlandırıb və bildirib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi barədə razılığı gələcək əməkdaşlıqlara zəmin hesab etmək olar.
Səfir "İran Qarabağ münaqişəsinin həlli barədə hansı təkliflərə malikdir?" sualının cavabında deyib: Biz regionda sülh və sabitliyin qurulmasını istəyirik və münaqişələrin beynəlxalq çərçivədə həllinə dəstək veririrk.
Pak Ayin əlavə edib: İran region ölkələri, o sıradan Azərbaycan Respublikasının ərazi bütövlüklərini rəsmi şəkildə tanıyır və regionda gücdən istifadə ilə sərhədlərin dəyişdirilməsilə müxalifdir.