müəllimlər bu ayın sonuna kimi ölkələrinə qayıdacaqlar.
Arannews- Qafqaz Universitetindən 50-yə yaxın Türkiyə vətəndaşı olan müəllim vəzifəsindən azad olunub.
bu barədə universitetin müvəqqəti rektoru Elmar Qasımov əmr imzalayıb.
E. Qasımov bildirib ki, türk müəllimlərlə bağlanmış əmək müqaviləsinin müddəti bitib və onlarla müqavilənin vaxtı uzadılmayıb: "Onların arasında professorlar, kafedra müdirləri, dekanlar var. Həmin müəllimlər bu ayın sonuna kimi ölkələrinə qayıdacaqlar. Müqaviləsinə xitam verilən müəllimlərin yerinə yerli kadrlar təyin olunub”.
Qeyd edək ki, Qafqaz Universiteti müvəqqəti olaraq Bakı Ali Neft Məktəbinin nəzarətinə verilib.