Tarix : 2008 Jun 02
Kod 5005

GÜRCÜSTAN RUSİYAYA ETİRAZ EDİR

“Rustavi-2” telekompaniyasının Rusiya kütləvi informasiya vasitələrinə istinadən yaydığı məlumata görə, rus sülhməramlılarına gürcü tanklarına atəş açmaq əmri verilib
Gorgia Servisi/Aran Agentliyi
Rusiyanın Gürcüstandakı səfiri Vyaçeslav Kovalenko Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb. Səbəb, mayın 31-də Rusiya Müdafiə Nazirliyinin Dəmiryol Qoşunlarının tanınmamış Abxaziya ərazisində yerləşdirməsidir. Gürcüstanın Xarici İşlər Nazirliyi bu addımı hərbi müdaxiləyə hazırlıq kimi qiymətləndirib və səfirə etiraz notası təqdim edib. Rəsmi Tiflis bəyan edib ki, bu addım Gürcüstanın razılığı olmadan atılıb və hərbi inversiyadan başqa bir şey deyil.

“Rustavi-2” telekompaniyasının Rusiya kütləvi informasiya vasitələrinə istinadən yaydığı məlumata görə, rus sülhməramlılarına gürcü tanklarına atəş açmaq əmri verilib. Məlumatda bildirilir ki, rus sülhməramlıları Şimali Qafqazda da hər hansı aqressiyaya qarşı müvafiq addımlar atmaq barədə tapşırıq alıb. Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Dəmiryol Qoşunlarının və xüsusi təyinatlı texnikanın mühafizəsi üçün əraziyə 500 desant da yeridib.
  • Yazılıb
  • da (də) 2008 Jun 02