Tarix : 2016 Aug 17
Kod 50051

Rusiya Cənubi Osetiyada hərbi təlimə başladı

Təlimdə 5 mindən çox hərbçi iştirak edir.
Arannews- Rusiya Cənub Hərbi Dairəsində raket və artilleriya qoşunlarının hərbi təliminə başlayıb
Təlimdə 5 mindən çox hərbçi iştirak edir. 
Şimali Qafqaz və Cənubi Osetiya ərazisində keçirilən hərbi təlimə İsgəndər-M zenit raket kompleksləri, Akasiya və Qvozdika özüyeriyən qaubitsalar cəlb olunacaq. Burada həmçinin Şturm-C tank əleyhinə raket sistemlərindən də istifadə ediləcək. 
Hərbi təlim sentyabrın 16-na qədər davam edəcək.
  • Yazılıb
  • da (də) 2016 Aug 17
  • Göndərən مدير سايت Aran News