partlayış nəticəsində 3 nəfər həlak olub, 71 nəfər yaralanıb. qurbanlar arasında uşaq da var.
Arannews- Türkiyənin Van əyalətindən partlayış nəticəsində 3 nəfər həlak olub, 71 nəfər yaralanıb. bu barədə hökumət nümayəndələri bildirib. >>71yaralıdan 3-nün vəziyyəti ağırdır. Yaralılardan 17-si polis əməkdaşıdır», - deyə AK Partinin yerli bölməsinin rəhbəri Zahir Sohanda bəyan edib. O, qurbanlar arasında uşaq da olduğunu vurğulayıb.
terror aktı İpəkyolu rayonunda polis mənqəsinin yaxınlığında baş verib. Bomba binanın yaxınlığına park edilmiş avtomobilə quraşdırılıbmış.
Ehtimal edilir ki, terroru PKK-çılar həyata keçirib.
Əməliyyat-axtarış tədbirlərinə zirehli texnika və helikopterlər cəlb olunub.
Artıq adı açıqlanmayan şübhəli polis məntəqəsinə gətirilib. Həmçinin onun yaralandığı bildirilir.