Eynizamanlı həyata keçirilən əməliyyatda əvvəlcədən müəyyən edilmiş 100-dən çox ünvana basqın təşkil olunub.
Arannews- İstanbul Polis İdarəsi Maliyyə Cinayətlərilə Mübarizə Şöbəsi İdarəsinin əməkdaşları səhər saatlarında FETÖ/PDY-yə qarşı əməliyyat keçirib. Eynizamanlı həyata keçirilən əməliyyatda İstanbul daxilində əvvəlcədən müəyyən edilmiş 100-dən çox ünvana basqın təşkil olunub. Əməliyyat çərçivəsində çox sayda saxlanma qərarı olduğu öyrənildi. Kağıthane və Pendikdəki əməliyyatda basqın edilən ünvanlarda polis uzun müddət axtarış aparıb.
FETÖ/PDY ARAŞDIRMASI: 187 SAXLANMA QƏRARI
15 İyul Dövlət Çevrilişi cəhdinin ardınca başladılan FETÖ/ PDY araşdırması iş dünyasına da sıçrayıb. İstanbul Baş Prokurorluğu 187 şübhəli haqqında saxlanma qərarı çıxarıb. İstanbul BP Terror və Mütəşəkkil Cinayətlər Bürosu baş prokuror vəkili İsmayıl Uçarın koordinasiyasında aparılan istintaq çərçivəsində 187 şübhəli haqqında nəzarət qərarı verilib. İstanbul Maliyyə Cinayətlərlə Mübarizə Şöbəsi İdarəsinin əməkdaşları səhərin erkən saatlarından etibarən hərəkətə keçib. 18 rayonda 204 ünvana əməliyyat keçirilib və buralarda axtarışlara başlanılıb. Şübhəlilərin törətdiyi iddia edilən cinayətlər isə bunlardır: "Terror təşkilatına üzv olmaq" və "Terror təşkilatının maliyyələşdirəni olmaq".